Prezidentin köməkçisi:
Siyasət

Prezidentin köməkçisi: "Ermənistan və qeyri-qanuni marionet rejim minalar yerləşdirməyə davam edir"

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında Ermənistanın Azərbaycana qarşı sistemli və məqsədyönlü mina terroru siyasətinin dəhşətli rəqəmlərini əks etdirən cədvəli paylaşmaqla yazıb:

"1991-ci ildən bu günə kimi 3 385 azərbaycanlı Ermənistanın basdırdığı minaların qurbanı olub. Ermənistan və qeyri-qanuni marionet xunta rejimi Ermənistanda istehsal olunan minaları "boz zona"nın hər perimetri boyunca yerləşdirməyə davam edir".