Prokurorluq əməkdaşları Abşeron rayonunda 1500-dən çox ağac əkib
Gündəm

Prokurorluq əməkdaşları Abşeron rayonunda 1500-dən çox ağac əkib

Prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 105-ci ildönümü ərəfəsində ənənəvi olaraq sentyabrın 23-də Baş Prokurorluq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi Prokurorluq, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə növbəti ağacəkmə kampaniyası keçirib.

"Respublika" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, tədbir çərçivəsində Abşeron rayonu ərazisində ümumilikdə 2 hektar ərazidə 1500-dən çox ağac əkilib.

Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.