Qəbələdə yay şumu davam etdirilir
Sosial həyat

Qəbələdə yay şumu davam etdirilir

Bu ilin payızında Qəbələ rayonunda gələn ilin məhsulu üçün 19 min 500 hektaradək sahədə payızlıq dənli bitkilərin səpini proqnozlaşdırılır.

Rayon icra hakimiyyətindən "Respublika"ya verilən məlumata görə, hazırda təsərrüfatlarda payızlıq dənlilərin səpini üçün yay şumu davam etdirilir. İndiyədək təsərrüfatlarda 2 min 820 hektar sahədə yay şumu aparılıb. Bu ilki mövsümdə isə rayonda 15 min 465 hektar sahədən 44 min 430 ton taxıl istehsal olunub. İstehsal olunan taxılın 32 min 712 tonu buğda, 11 min 718 tonu arpadır. Taxıl biçini başa çatdıqdan sonra rayonun təsərrüfatlarında 350 hektar sahədə silos üçün təkrar qarğıdalı əkilib. Təkrar əkinlər əsasən Vəndam, Nic qəsəbələri və Tüntül kəndinin ərazilərində aparılıb.

M.QULUYEV,

“Respublika”