Qərbi Azərbaycana qayıdış günü yaxınlaşır
Digər xəbərlər

Qərbi Azərbaycana qayıdış günü yaxınlaşır

200 ildən artıq bir müddətdə imperialist ağalarından dəstək alan ermənilər "dənizdən-dənizə" Ermənistan dövləti yaratmaq xəyalı ilə Azərbaycan xalqına, o cümlədən "türkəm" deyən hər kəsə qarşı genosid siyasəti yeridiblər. Özlərinin uydurduqları dünyanı da inandırmağa çalışdıqları bu mif erməniləri iki əsr boyunca terror qan bataqlığına sürükləyib. Nəticədə indi Ermənistan adlandırılan ərazidə - tarixi Azərbaycan torpaqlarında xalqımız dəfələrlə soyqırıma, talan terrora məruz qalıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin tarixi səhvi - İrəvanın ermənilərə güzəştə gedilməsi bu soyqırımın daha təhlükəli məkrli surətdə aparılmasına rəvac vermişdir. Bundan sonra tarixi ərazilərimizə yiyələnməyə başlayan ermənilər bu günə qədər öz faşist xislətlərindən əl çəkmədən uydurduqları miflərə əfsanələrə söykənərək öz siyasətlərini davam etdirirlər.Tarix sübut edir ki, indiki Ermənistan imperialist qüvvələrin himayəsi altında qədim, tarixi Azərbaycan torpaqları üzərində qurulub. İrəvanda bu gün bir nəfər olsa türk-azərbaycanlı yaşamır. Azərbaycan xalqı müxtəlif zamanlarda öz torpaqlarında soyqırımlarına, milli-etnik təmizləməyə, qətliamlara, deportasiyalara məruz qoyulmaqla ata-baba yurdlarını tərk edib, qaçqın həyatı yaşamağa məcbur ediliblər. Ötən əsrin əvvəlindən ta sonuncu onilliyinə qədər müasir Ermənistan ərazisindəki tarixi mahallarımızda yaşayan yüz minlərlə soydaşımız, rusların türk dünyasını parçalamaq, bir-birindən ayrı salmaq siyasətinin qurbanı olmuş, öz əzəli torpaqlarından deportasiya edilmişdilər.

Deportasiya aktı əslində genosid siyasətinin tərkib hissəsi olsa da, Azərbaycan türklərinə münasibətdə istər Kremldə, istərsə Ermənistanda hesab edirdilər ki, bu, belə olmalıdır. Bütöv xalqı öz dədə-baba yurdlarından qovmaq buna görə məsuliyyət daşımamaq olar. Bu sözləri İğdır-Azərbaycan Dil, Tarix Mədəniyyət Birliyini Yaşatma Dəstəkləmə Dərnəyinin, eləcə İğdır-Azərbaycan Evinin sədri, tədqiqatçı-yazıçı Ziya Zakir Acar vurğulayıb. O deyib: 44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə qəbul edilmiş bütün beynəlxalq sənədlərin icrasını təmin etmiş oldu. Bu yolda şəhidlər versə , Azərbaycan öz haqq işindən dönmədi bütün dünyaya, eləcə Ermənistan ona havadarlıq edən dövlətlərə sübut etdi ki, Azərbaycan xalqı sülhsevər xalq olmaqla yanaşı, onun ləyaqətinə torpağına təcavüz edənləri bağışlamayacaqdır. Bütün xalq Prezident cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi, Vətən Müharibəsinə qalxdı. "Dəmir yumruq" sayəsində başı əzilmiş erməni faşizmi yenidən dirçəlmək, yenidən işğal siyasətinə baş vurmaq istəyir. Ona görə zaman-zaman baş qaldırır, lakin hər dəfə yeni zərbəyə tuş gəlir.

Zaman hakim, tarix isə yaddaşdır. Tarix faktlara əsaslanır əsla saxtakarlığı sevmir. Ən əsası tarix yazılmır, yaradılır. Azərbaycan xalqı zəngin qəhrəmanlıq səhifələri ilə hər zaman qürur duyub. Özünə saxta tarix yazan, qonşu dövlətlərə qarşı əsassız torpaq iddiaları irəli sürən ermənilər isə fakt qarşısında acizliklərini gizlətməkdə hər zaman çətinlik çəkirlər. Havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı soyqırımı deportasiya siyasəti həyata keçirən ermənilər yalan təbliğatları ilə özləri barədə "yazıq, məzlum, döyülən əzilən bir millət" obrazını yaratsalar da, əbəs yerə deyilmir ki, tarix həmişə hər şeyi öz yerinə qoyur.

İndi bizim qarşımızda Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması vəzifələri durur. Hər birimiz dədə-babalarımızın zorla doğma torpaqlarından qovulmasını onların üzləşdiyi vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni əsirgəməməliyik. Babam, atam, anam qohumlarım ermənilər tərəfindən çox işgəncələrə məruz qalıblar. Hər dəfə xatırladıqca qaysaq bağlayan yaralarım yenidən qanayır. Acılı, ağrılı çox xatirələrim var. Babam İrəvanın Canfida kəndində doğulub boya-başa çatıb. Kənddən ağızdolusu danışardı. Deyərdi ki, kəndimizdə hər şey çox gözəl idi; təbiət , insanlar daHamı biri-biri ilə mehriban dolanırdı. Şənliklərimiz, toylarımız, yaslarımız da birlikdə keçərdi. 1919-cu ilə qədər firavan bir həyat yaşadıq. Sonrası isə çox ağır oldu...

...1919-cu ilin soyuq bir qış günü idi. Axşam saatlarında qonşularımız məni həyətə çağırdı. Ermənilərin çirkin planlarından xəbərdar olmuşdular. Qadınların uşaqların təcili kənddən çıxarılması qərarına gəldik. Sabaha doğru qadınları uşaqları atla Araz çayından keçirib kəndə qayıtdıq. Kəndin girişində ermənilər bizə hücum çəkdilər camaatı öldürdülər. Sonra canlı, cansız demədən bizi dərin bir quyuya atdılar. Gün ərzində durmadan quyuya yeni cəsədlər atırdılar. Ermənilər getdikdən sonra cəsədlərin üzərinə çıxırdım, ən sonda quyudan çıxa bildim. Sonra babam yaralı halda Araz çayını keçərək erməni zülmündən canını qurtara bilib. Babam hər dəfə yolda dəhşət saçan mənzərələri bizə danışarkən hönkür-hönkür ağlayardı.

Ziya Zakir babalarının, yaxın qohum-əqrəbalarının yaşadıqları çətinlikləri, əzab-əziyyəti, ermənilərdən gördükləri işgəncələri, xəyanəti "İçimdəki acı" "Şahidlərin gözü ilə İğdırda ermənilərin törətdiyi soyqırımı" kitabında cəmləşdirib.

Ziya Zakir "Şahidlərin gözü ilə İğdırda ermənilərin törətdiyi soyqırımı", "Can Araz", "Türkiyədə yaşayan azərbaycanlılar", "Araz Türk Cümhuriyyəti", "Azərbaycan xalq mahnıları" kimi 24 dəyərli kitabın müəllifidir. Yazdığı hər bir kitabda hüznlü bir həyat hekayəsi var. Kitabların çoxunda erməni vəhşilikləri şahidlərin dili ilə yazılmışdır.

Ziya Zakir 1986- ildə babasının doğulub boya-başa çatdığı Canfidan kəndinə gedib. Babasının ona söylədiyi yerləri dəqiqləşdirmək istəsə , buna nail olmayıb. Çünki o yerlərdən heç bir əsər-əlamət olmadığının şahidi olub. Hətta, babasının doğmalarının məzarlarının yerində bir fabrik olduğunu da görüb. Yanındakı bir ermənidən məzarların hər birinin traktorla dağıdıldığını öyrənib.

Mənfur düşmənimiz ermənilər Qərbi Azərbaycanda bütün tarixi, dini abidələrimizi yerlə-yeksan edib, dağıdıblar, Azərbaycan türklərinin tarixi irsini yer üzündən silmək istəyiblər, ancaq buna nail ola bilməyəcəklər. Çünki nəsillərin qan yaddaşından, tarixi sənədlərdən, xəritələrdən bu torpağın əzəli əbədi sahibləri olan azərbaycanlıların izini silmək mümkün deyil.

Çünki su çirkabı, tarix isə saxtakarlığı sevmir.

Onu da qeyd edək ki, İğdırın Daşburun kəndinin 80 faizi, Qərbi Azərbaycandan qovulan soydaşlarımızın nəvələrinin, nəticələrinin yaxınlarının yaşadığı bir kənddir. Onlar özlərini Qərbi azərbaycanlı kimi təqdim edirlər. Hətta sənədlərinin içində dədə-babalarının yaşadıqları şəhər kəndlərin Azərbaycan türklərinə aid olduğunu isbat edən sənədlər saxlanılır.

Bəli, artıq dünya, Azərbaycan 100 il bundan əvvəlki deyil. Zaman çox şeyləri unutdursa da, bir millətin Vətən sevgisini, qanla suvarılmış torpaq məhəbbətini ürəklərdən, yaddaşlardan silə bilməyib. Əksinə, bu sevgi daha da artıb, xalqda doğma yurd yerlərinə qayıdışa inam möhkəmlənib. Çünki bu inamı yaradan, bu inama söykənib bizi haqq davamıza səsləyən müdrik rəhbərimiz, qətiyyəti mübarizə əzmi ilə çoxlarına örnək olan Prezidentimiz İlham Əliyev var. Məhz onun böyük inamla söylədiyi "Biz qayıdacağıq" kəlməsi bu prosesin başlandığına tezliklə sona çatacağına əminlik yaradır.

 

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.