Qərbi Azərbaycanlıların deportasiyasının virtual muzeyinin təqdimat mərasimi baş tutub
Gündəm

Qərbi Azərbaycanlıların deportasiyasının virtual muzeyinin təqdimat mərasimi baş tutub

Noyabrın 17-də Sosial Tədqiqatlar mərkəzində Beynəlxalq Avrasiya Mətbuat Fondunun Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qərbi azərbaycanlıların deportasiyası və soyqırımı ilə bağlı Virtual layihəsinin hazırlanması” layihəsinin saytının və sənədli filminin təqdimat mərasimi keçirilib. 

 

“Respublika” xəbər verir ki, çıxışı ilə tədbiri açıq elan edən BAMF Prezidenti Umud Mirzəyev layihənin əhəmiyyəti barədə məlumat verib. Umud Mirzəyev daha sonra “Qərbi Azərbaycanlıların deportasiyası və soyqırımı ilə bağlı Virtual Muzeyin yaradılması” layihəsinin reallaşmasına dəstək göstərənlərə öz təşəkkürünü bildirib. BAMF Prezidenti layihə çərçivəsində 80 nəfərdən çox anket sorğusu, 150 nəfərdən çox insandan ibarət video sorğunun həyata keçirildiyini diqqətə çatdırıb.

 

Nəzrin ELDARQIZI,

“Respublika”.