Qətər XİN: Qətər dövləti dörd kəndlə bağlı Azərbaycan-Ermənistan sazişini alqışlayır
Diaspora

Qətər XİN: Qətər dövləti dörd kəndlə bağlı Azərbaycan-Ermənistan sazişini alqışlayır

Qətər dövləti Azərbaycan ilə Ermənistan arasında dörd kəndin ərazisində quru sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayır. İki ölkə arasında etimadın yaradılması və sülhün möhkəmləndirilməsi prosesini yaxından izləyir.

Bu barədə Qətərin Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, razılaşmanın tərəflər arasında həllini tapmamış məsələlərin dialoq və sülh yolu ilə həllinə, iki ölkənin xalqlarının inkişaf və rifah arzularının həyata keçirilməsinə zəmin yaradacağına ümid bəslənilir. Nazirlik Qətərin regionda təhlükəsizliyin, sabitliyin və sülhün bərqərar olması istiqamətində beynəlxalq səyləri dəstəklədiyini ifadə edib.

Nurlan ABDALOV,

“Respublika”.