Qondarma dövlətin torpaq iddiaları
Digər xəbərlər

Qondarma dövlətin torpaq iddiaları

Hər bir xalqın coğrafi yeri, mədəniyyəti, tarixi özünəməxsus həyat tərzi vardır. Köçəri həyat sürmək, bir yerdə məskunlaşa bilməmək, qondarma tarixə malik olmaq, qonaq olduğu torpaqlarda dərəbəylik edib, sanki öz dədə-baba yurdları kimi qələmə vermək isə bir xalqın ən böyük ləkəsidir. Hayastanın isə necə deyərlər, bu cəhətdən heç kim əlinə su tökə bilməz.

Ötən əsrin əvvəllərindən müvəqqəti yerləşdikləri torpaqlarımızda soydaşlarımıza qarşı aqressiya daha sonra həmin yerləri işğal etmələri ilə nəticələnib. 30 il boyunca o yerləri dünyaya öz dədə-baba torpaqları, doğma yurdları kimi təqdim etmələri isə necə yalançı bir millət olduqlarının sübutudur. Məsələ burasındadır ki, Ermənistan sadəcə Azərbaycana yox, bir çox qonşu ölkələrə qarşı da ərazi iddiaları edir. İllərdir ki, Türkiyə, Gürcüstan, İran kimi qonşu ölkələrdə, həmçinin Amerika, Fransada məskunlaşmış bu torpaqları özününküləşdirməyə çalışmışdır. Lakin Makron hakimiyyəti cənub qonşumuz Hayastanın "bacıları" olduqları üçün hələ ki, səs çıxarmırlar.

Ermənilər "böyük Ermənistan" xülyasındadır. Elə buna görə dünyanın müxtəlif yerlərində təxribat xarakterli aksiyalarına davam edirlər. İndi isə meyilləri Gürcüstana sərhəd bölgəsindəki kəndlərə düşüb. Hayastanın saxtakar professorları - Arutyunova-Fidanyan Muradyan canfəşanlıq göstərərək gürcü etnoniminin olduğu hər yeri "pravoslav" kimi şərh edərək öz təbliğatlarını yeritməyə çalışırlar. Hətta onlar iddia edir ki, əlifbanı gürcülər üçün ermənilər yaradıblar. Durmadan hər yerdə Gürcüstanın mədəniyyətinə, memarlığına elminə "verdikləri töhfələr"dən danışırlar. Gürcülər bu vəziyyətdən təngə gələrək öz qəzet jurnallarında ermənilərin nankorluqlarından ürək ağrısı ilə yazırlar. Buna qarşılıq olaraq isə ermənilər sosial şəbəkələrdə Gürcüstana gürcülərə qarşı nifrət kampaniyasına başlayıblar.

Türkiyəli mütəxəssis, Türkiyədəki Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay bildirir ki, erməni icması hələ milliləşdirmə prosesini başa çatdırmadığı üçün icma təriqətinin psixologiyasında çıxış edir, başqa xalqlardan tamamən fərqli davranış göstərirlər. Kilsə onlar üçün müqəddəs öz şəxsiyyətlərinin qurulmasında çox təsirli olduğundan, müxtəlif yerlərdə kilsə torpaqlarına sahiblənirlər. Yəni başlanğıc nöqtələri kilsədir. Gürcüstanda ermənilərlə gürcülər arasında həmişə kilsə mülkiyyəti uğrunda mübarizə gedir. Ermənilər gürcü kilsələrinin onlara məxsus olması iddiasına əsaslanaraq həmin torpaqlarda öz üstünlüklərini qoruyub saxlamaq istəyirlər. Bu, təkcə Gürcüstanda ya Qarabağda deyil, bütün dünyada belədir. Erməni icması üçün vətən anlayışı kilsədən başlayır. Ona görə hər yerdə məskunlaşdıqları torpaqlarını onların olduğunu iddia edirlər. Paşinyanla milliləşmə prosesini başa çatdırmağa çalışan ermənilər Qarabağın dağlıq hissəsindən əl çəkmək qərarına gəlməklə, böyük tarixi dönüş nöqtəsinə qayıdacaqlar. Dini mənada bu erməni qriqorian təriqətində minilliyin islahatı demək olardı.

Qeyd edək ki, Gürcüstanda yaşayan ermənilər təxribatçı qüvvələrdir. Onların məqsədi, xalqımızla gürcülər arasında nifaq salmaq düşmən etməkdir. Lakin Azərbaycanla Gürcüstan arasındakı ikitərəfli dostluq əməkdaşlıq münasibətləri gündən-günə inkişaf edir. Aramızdakı dostluq əbədi sarsılmazdır.

Töhfə SƏMƏDOVA,

"Respublika".