Ramazan ətri
Mədəniyyət

Ramazan ətri

Ramazan ayı öz rəhməti, bərəkəti ilə gəlmişdir. Hədislərimizdə qeyd olunduğu kimi, bu ay, Allah yanında ayların ən yaxşısıdır. Bu ayın günləri ən dəyərli günlər, gecələri ən gözəl gecələr, saat ləhzələri ən üstün saatlar anlardır. "Qurani-Kərim" bu ayda nazil olmuşdur. Min aydan daha üstün olan saysız-hesabsız ilahi bərəkətlərlə dolu olan mübarək qədr gecəsi bu aydadır. Ramazan əməllərin Allah-taalanın dərgahında ən asan dəfələrlə yüksək şəkildə qəbul edildiyi aydır. Bu ayda insan yuxuda olduğu zaman belə onun üçün savablar yazılır. Aldığı hər nəfəsə mükafat nəzərdə tutulur.

Yaxşı, bəs bu ayı başqa aylardan fərqləndirir ki, bu qədər dəyərə malik olur? Günlər, aylar sadəcə zaman bölgüsü deyilmi? Bu zaman bölgüsünü belə əzəmətli edən nədir?

Ramazanı dəyərli edən Allahın bu ayda insana islah kamilləşmək üçün verdiyi fürsətdir. Allah bəndəsi üçün bir aylıq mənəvi inkişaf proqramı hazırlayıb.

Bəs inkişaf proqramı nədən ibarətdir? Sadəcə, oruc tutmaqdan, ac-susuz qalmaqdanmı?

Sözsüz ki, oruc tutmaq Allah-taala tərəfindən buna qadir olan insanlara vacib edilmiş bir əməldirBuna riayət etmək hər bir müsəlmanın Uca Yaradan qarşısındakı borcudur. Amma diqqət etmək lazımdır ki, dinimizin buyuruqlarının, xüsusilə , vacib edilmiş əməllərin özünəməxsus hikməti hədəfi vardır. Belə ki, əməllərin fiziki cəhətdən icra edilməsinin əsl hədəfi, onun mənəvi baxımdan olan faydaları ilə sıx bağlıdır. Sözsüz ki, fiziki cəhətdən qüsursuz yerinə yetirilən əməllər, mənəvi baxımdan qüsurlu yoxsul olsa, əslində öz hədəfinə tam çatmamışdır. Buna görə əməllərin zahiri baxımdan kamilliyinə əhəmiyyət verməklə yanaşı, onların mənəvi kamilliyinə xüsusi diqqət etmək zəruridir. Ələlxüsus, Ramazan ayında oruc tutduğumuz zaman, bu məsələyə diqqət etmək ibadətlərimizin kamilliyi, Allah dərgahında qüsursuz qəbul olması ən əsası da mənəvi kamilliyimiz üçün zəruridir. Bu qısa məqalədə Ramazan ayında oruc tutmağın faydalarından  bəhs edəcəyik.

İlk növbədə insan bilməlidir ki, o bu ayda mənəvi inkişafı üçün ciddi hərtərəfli bir proqrama başlayır. Sanki bir bitkinin toxumunu əkərək ilboyu onun bəhrəsindən faydalanacaqdır. Bu elə bir proqram, elə bir mənəvi təlim kursudur ki, ilin hansı günlərində baş verəcəyi dəqiq bilinməyən qədr gecəsində mələklər paklaşmış mənəvi ruh insanın qəlbində yer alacaqdır. Quran bütünlüklə onun ruhuna enəcək həyatı ilahiləşəcəkdir.

Bunun üçün isə insan öz şəhvani-nəfsani istəklərini cilovlamalıdır. Belə ki, "Qurani-Kərim" bu məsələyə işarə edərək, orucun təqvaya (Allah qorxusuna) səbəb olduğunu vurğulayır: "Ey möminlər! Oruc tutmaq sizə vacib oldu, necə ki, sizdən qabaqkı ümmətlərə vacib olmuşdu. Bəlkə (orucun vasitəsi ilə) təqvalı olasınız".

Ramazan ayında insan, ilk növbədə, öz düşüncə tərzini dəyişməli, dünyaya mənəvi zənginliklərlə baxmalıdır. İnsanlara qarşı təfəkküründə kin, nifrət, həsəd, paxıllıq, bədgümanlıq, hiylə, fitnə-fəsad olmamalıdır. Allaha xatir həqiqi oruc tutan şəxs orucunu batil edən əməllərdən uzaq qalmaqla yanaşı, pis, xoşagəlməz əməllərə arxa çevirməli, qəlbini əməllərini paklaşdırmalıdır. Bir sözlə, oruc insanı ilahi təqvaya doğru yönləndirməlidir. Bu, həqiqi oruc tutmağa xas əlamətdir. Orucun vasitəsilə insan öz ağlını həris, azğın şeytani hisslərin zindanından azad edərək, ruhunu hürriyyətə qovuşdurur. İmam Rza (ə) buyurur: "Oruc tutmaq, şəhvət ehtiras alovunu söndürər".

Bir sözlə, oruc tutan şəxsdən Ramazanın mənəvi qoxusu, Ramazan ətri gəlməlidir.

Oruc tutmaq mənəvi-insani hissləri dirçəldərək, inkişafına səbəb olur. Uca Allahın razılığını əldə etmək istəyən Tanrı dərgahında orucunun ən ali şəkildə qəbul olması üçün çalışan insan gözəl-bəyənilmiş işlərə əl atır. Çünki oruc tutmaq insanı düşünməyə təfəkkürə vadar edir. Ramazan ayında oruc tutmağın fəlsəfələrindən biri , insanı təfəkkürə sövq edib, ülvi hisslərini oyatmaqdır. Belə ki, bu ayda orucun vacib olma səbəblərindən biri insanların aclıq ehtiyacın olduğunu anlaması üçündür. Zəngin varlı insanlar bir ay müddətində yoxsul insanların ehtiyaclarını, üzləşdiyi çətinlikləri daha yaxşı dərk etməlidirlər. Necə ki, Həzrət Rza (ə) buyurur: "Orucun insanlara vacib edilməsinin hikməti, aclıq susuzluğun olduğunu dərk etmələri xatirinədir".

Şübhəsiz, rəhmət mərhəmət ayı olan Ramazanda oruc tutmağın vacib edilməsi, bu mübarək ay müddətində insanlara günahlarını bağışlatmaları üçün verilən dəyərli bir fürsətdir.

Sözsüz ki, bu fürsətdən yalnız həqiqi oruc tutanlar faydalana bilər. Fiziki cəhətdən oruc tutub, mənəvi cəhətdən qəlbən yaxud əməldə yanlış addımlar atan şəxslər deyil. Belə ki, əziz Peyğəmbərimiz (s) hədislərin birində səhabəsi Cabirə buyururdu: "Hər kəs oruc tutub, gecənin bir hissəsini ibadət edə, qarnını, dilini, ehtirasını günah işlərdən qoruya, bu aydan (Ramazandan) çıxdığı kimi, bütün günahların girdabından da, bağışlanmış halda çıxar".

Oruc tutmağın fəlsəfəsi faydalarından biri ilahi rəhməti ilə dolu olan bu ayda, qəlbimizə mənəvi təskinliyi hakim etməkdir. Oruc tutub, gözəl əməllər yerinə yetirən insan həm Allah-taala həm onun bəndələri qarşısındakı vəzifələrini icra etdiyi üçün mənəvi-ruhi aramlıq əldə edir. Bu mənəvi ləzzət o qədər güclüdür ki, maddi ləzzətlər onunla müqayisə edilməkdə acizdir.

Düzgün şəkildə oruc tutmağın faydalarından biri , bədənin sağlamlığını qorumaqdır. İslamın göstərişlərinə tibbi məsləhətləri nəzərdə almaqla oruc tutmaq, insan sağlamlığına böyük təsirə malikdir. Hətta bir sıra xəstəliklərin müalicəsi üçün dünya səviyyəsində, bəzi alimlər oruc tutmağı məsləhət görmüşdür. Unutmayaq ki, gün ərzində nümayiş etdirdiyimiz mənəvi fiziki dözüm gün başa çatdıqdan sonra ifrat şəklində özünü əks istiqamətdə büruzə verməməlidir. Dinimiz hər bir işin mötədil olmasını dəfələrlə vurğulamışdır. Elə buna görə Peyğəmbərimiz (s) buyurur: "Oruc tutun ki, (mənən cismən) sağlam olasınız!".

Allah orucunuzu qəbul etsin. Amin!

Əfzələddin RƏHİMLİ,

İlahiyyat üzrə fəlsəfə doktoru.