Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd edilib
Region

Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd edilib

Gəncə

Qərb bölgəsində yaşayan pravoslavlar Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində toplaşıb, İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsini qeyd ediblər. Mərasimlərdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və DQİDK-in Gəncə bölgəsi üzrə şöbəsinin nümayəndələri iştirak ediblər. Bayram münasibətilə icra edilən ayinlərdən öncə Azərbaycan Prezidenti İlham Əliyevin pravoslavlara ünvanladığı təbrik məktubu oxunub. Ölkəmizdə daimi sülh, əmin-amanlıq və xoşbəxtliyin hökm sürməsi arzulanıb, şəhidlərin ruhuna dualar oxunub. Sonra, Pasxa bayramında vacib ayinlər icra edilib, şamlar yandırılıb, dualar oxunub.

Şəhər rəhbərliyi tərəfindən Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsinə bayram sovqatı göndərilib.

Zabit XƏLİLOV,

“Respublika”.