Rusiyalı deputat: Azərbaycanda seçicilərin daha yüksək intizama sahib olduqlarını müşahidə etdim
Siyasət

Rusiyalı deputat: Azərbaycanda seçicilərin daha yüksək intizama sahib olduqlarını müşahidə etdim

Mən bir çox ölkələrdə müşahidəçi qismində seçkiləri izləmişəm. Ancaq Azərbaycanda seçicilərin daha yüksək intizama sahib olduqlarını müşahidə etdim.

AZƏRTAC xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksandr Yuşenko Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin nəticələri ilə bağlı mətbuat konfransında deyib.

Seçkilərin dünyada ikili standartların tüğyan etdiyi bir şəraitdə baş tutduğunu diqqətə çatdıran A.Yuşenko əlavə edib: "Təbii ki, bir sıra Qərb təşkilatları seçkinin nəticələri ilə bağlı hansısa nöqsan axtarmağa çalışacaqlar. Ancaq insanlar ötən gün seçkilərdə öz iradələrini sərbəst şəkildə ifadə etdilər".