Rusiyalı deputat: Seçkilərdə gənclərin fəallığını müşahidə etdim
Siyasət

Rusiyalı deputat: Seçkilərdə gənclərin fəallığını müşahidə etdim

Mən seçkilərdə gənclərin fəallığını müşahidə etdim. Digər ölkələrdə gənclər seçkilərdə iştirak etməyə meyilli olmurlar. Ancaq ötən gün gənclərlə ünsiyyət zamanı belə bir qənaətə gəldim ki, onlar öz gələcəklərinə səs veriblər.

AZƏRTAC xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin nəticələri ilə bağlı mətbuat konfransında deyib.

Deputat uğurlu seçimə görə, Azərbaycan xalqını təbrik edib və ölkəmizə əmin-amanlıq, firavanlıq arzulayıb.