Şəhid Murad Rəsulov Şabranda dəfn edilib
Region

Şəhid Murad Rəsulov Şabranda dəfn edilib

Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan leytenant Rəsulov Murad İlqar oğlu Şabranda torpağa tapşırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Şabran Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Dəfn mərasimində çıxış edənlər şəhidlik zirvəsinə ucalan zabitin şərəfli döyüş yolundan, Vətənə olan sevgisindən danışıblar.

22 yaşlı Murad Rəsulov Şabrandakı Şəhidlər xiyabanında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub.

Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı ailəsinə təqdim edilib.

AZƏRTAC