Region

"Sən elə bir zirvəsən" adlı sinif konserti

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, İsmayıllı Rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin “Tədbirlər planı”nına uyğun olaraq Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Sən elə bir zirvəsən" adlı sinif konserti keçirilib. 

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin İsmayıllı şəhərində ucaldılmış abidəsini ziyarət ediblər, abidə önünə tər gül dəstələri qoyaraq, əbədiyaşar liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Çıxışında Uşaq İncəsənət Məktəbinin direktoru Bəhruz Həşimov ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb, onun əbədiyaşar siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Tədbirdə çıxış edən Elnarə Məmmədova Azərbaycan mədəniyyətinin davamlı inkişafının təməlində Ulu Öndər Heydər Əliyevin ideyalarının dayandığını qeyd edib, mədəni irsimizin qorunub saxlanmasına və təbliğinə göstərdiyi diqqətdən söz açıb.

“Respublika”.