Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli 1756 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:
1. 3.1-ci bənddə "Zəngilan rayonuna" sözləri "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına" sözləri ilə əvəz edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi"nin 1.1-ci bəndində "Zəngilan rayonuna" sözləri "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 6 sentyabr 2022-ci il.