Səudiyyə Ərəbistanından gələn ziyarətçi sayında 3 dəfə artım müşahidə olunub
İQTİSADİYYAT

Səudiyyə Ərəbistanından gələn ziyarətçi sayında 3 dəfə artım müşahidə olunub

2022-ci ilin aprel ayı ilə müqayisədə bu ilin aprel ayında Səudiyyə Ərəbistanından olan ziyarətçi sayında 3 dəfə artım müşahidə olunub.

Respublika-news.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, Eyni zamanda Səudiyyə Ərəbistanı 2023-cü ilin aprel ayında ölkəmizə həyata keçirilən uçuşların statistikasında ilk beşlikdə yer alır. Həmçinin 2022-ci ildə Səudiyyə Ərəbistanından olan ziyarətçilər Körfəz ölkələri sırasında birinci pillədə qərarlaşıb. Həmin il Körfəz ölkələrindən Azərbaycana 185 288 xarici vətəndaş səfər edib ki, bunun da 52%-ni Səudiyyə Ərəbistanı vətəndaşları təşkil edib. Hazırda Səudiyyə Ərəbistanının “Flynas” hava yolları şirkəti Bakı və Ər-Riyad arasında birbaşa reyslər həyata keçirir.

Ötən ilin dekabr ayında Azərbaycan Turizm Bürosu ilə “Flynas” hava yolları şirkəti arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, turizmin inkişafı üçün potensial fəaliyyətlərin təşviqi, eləcə də turist axınına təkan verəcək birgə layihələrin işlənib hazırlanması məqsədilə “Anlaşma Memorandumu” imzalanıb.

Nəzrin CAVADZADƏ.