Şimali Makedoniyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə görüş
Siyasət

Şimali Makedoniyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə görüş

İyunun 21- Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Şimali Makedoniyanın xarici işlər naziri ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan-Şimali Makedoniya arasında ikitərəfli əlaqələr, ATƏT gündəliyində duran məsələlər, habelə sülh prosesinin cari vəziyyəti müzakirə edilib.

Görüşdə tərəflər iki ölkə arasında əlaqələrin inkişafı üçün müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin ikitərəfli görüşlərin əhəmiyyətini vurğulayıblar.

Görüş zamanı, həmçinin Azərbaycanın keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması üzrə səyləri, münaqişədən sonrakı bərpa, yenidənqurma reinteqrasiya işləri barədə prioritetləri barədə məlumat verilib. Əsas məqsəd olan sülh müqaviləsinin imzalanması ilə Azərbaycan Ermənistan arasında dövlətlərarası səviyyədə normallaşmaya dair ölkəmizin baxışı diqqətə çatdırılıb. Ermənistanın bu cür səylərə zərbə vuran maneələri hərbi-siyasi təxribatları qeyd olunub.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.