Son 7 ayda 170,9 min pensiya, müavinət, təqaüd proaktiv qaydada təyin olunub
Sosial həyat

Son 7 ayda 170,9 min pensiya, müavinət, təqaüd proaktiv qaydada təyin olunub

2022-ci ilin yanvar-iyul ayları ərzində 170,9 min pensiya, müavinət, təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılıb. Onlardan 17 min 206-sı pensiya, 66 min 706-sı müavinət, 87 min 36-sı təqaüd təyinatı olub.

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.

 Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin e-təyinat sistemləri vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq təyinatların e-sistem üzərindən avtomatik aparılmasına imkan verir.

 AZƏRTAC