Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 174 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 174 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 174 yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 794 min 92 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 831 nəfər müalicə olunaraq sağalıb, 9 min 722 nəfər vəfat edib. Aktiv xəstə sayı 539 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 911, bu günə qədər isə ümumilikdə 6 milyon 994 min 425 test icra olunub.

AZƏRTAC