İQTİSADİYYAT

"Starwood Capital Group" şirkəti Azərbaycanın turizm sektoruna maraq göstərir

İqtisadiyyat naziri Mikayıl Cabbarov alternativ sərmayələrin idarə edilməsi üzrə ixtisaslaşmış "Starwood Capital Group" şirkətinin təsisçisi icraçı direktoru Berri Sternlix ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanda iqtisadi sferada həyata keçirilən tədbirlər, əldə edilən nəticələr, ölkəmizin əlverişli işgüzar mühiti, xarici sərmayədarlar üçün yaradılan imkanlar, energetika, xüsusilə alternativ bərpaolunan enerji, logistika, turizm digər istiqamətlər üzrə investisiya qoyuluşu üçün yaxşı fürsətlərin mövcudluğu vurğulanıb, bu sahədə "Starwood Capital Group" şirkəti ilə tərəfdaşlıq potensialı qeyd olunub.

Tərəflər qlobal iqtisadi tendensiyalar fonunda yeni çağırışlar, investisiyaların təşviqi üçün ölkəmizdə görülən işlər şirkətlə bir sıra sahələrə, o cümlədən turizm sektoruna sərmayə qoyulması sahəsində əməkdaşlıq məsələləri barədə müzakirə aparıblar.

Qeyd edək ki, alternativ investisiyaların idarə edilməsi üzrə aparıcı investisiya şirkətlərindən olan "Starwood Capital Group" 1991-ci ildə təsis edilib, mərkəzi ofisi ABŞ-da yerləşir. Şirkət 35-dən artıq ölkədə daşınmaz əmlak, kredit enerji infrastrukturu sahəsi üzrə investisiya yatırıb. Hazırda qurumun portfel şirkətlərində 5 mindən artıq əməkdaş işləyir.