Sudan qanunsuz istifadə halları aşkarlanaraq qarşısı alınıb
Sosial həyat

Sudan qanunsuz istifadə halları aşkarlanaraq qarşısı alınıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin bağlar ərazisində həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində bir sıra kommersiya obyektlərində və fərdi yaşayış evlərində içməli sudan qanunsuz istifadə halları aşkarlanaraq qarşısı alınıb.

Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən quşçuluq təsərrüfatı obyektində suyun talanması faktı aşkar edilib. Məlum olub ki, obyektin su təchizatı bir müddət əvvəl qanunsuz istifadəyə görə dayandırılıb. Obyekt sahibi texniki şərt almaq, müqavilə bağlamaq əvəzinə yenidən özbaşına xətt çəkərək suyu talayıb.

 Novxanı çimərliyi ərazisində yerləşən “Karadeniz” və “Noso Beach” istirahət mərkəzlərində, Sumqayıt şəhəri, Corat bağları, Göygöl küçəsində fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan şəxslər də inşaat işlərində özbaşına çəkilmiş su xəttindən istifadə edib.

Aşkarlanmış bütün qeyri-qanuni su xətləri və birləşmələr ləğv edilib. Bildirilib ki, belə qanunsuz hallar özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq.

            “Respublika”.