Sükut dəqiqəsi
Gündəm

Sükut dəqiqəsi

Bu il Xocalı soyqırımı qurbanlarının xatirəsi Xocalıda, Xankəndidə və azad olunmuş digər ərazilərdə də anılıb

Fevralın 26-da saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AZƏRTAC xəbər verir ki, həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, ölkəmizin şəhər və rayonlarında, kənd və qəsəbələrində, xaricdəki diplomatik nümayəndəliklərdə Azərbaycanın Dövlət Bayrağı endirilib.

Azərbaycan paytaxtının minlərlə sakini fevralın 26-da Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla anıb, onun önünə əklillər qoyub, qərənfillər düzüb. Respublikamızın şəhər və rayonlarında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, idarə və təşkilatlarda, məscidlərdə, kilsələrdə, sinaqoqlarda və xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının anım mərasimləri, aksiyalar, yürüşlər, fləşmoblar, mədəniyyət tədbirləri keçirilib.

Xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər rayonlarda soyqırımı şahidləri, həlak olmuş şəxslərin ailə üzvləri ilə görüşlər təşkil edilib. Şuşa Ağdam məscidlərində, əzəmətli Azərbaycan Bayrağının dalğalandığı Xocalı, Xankəndi şəhərlərində digər azad olunmuş ərazilərdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb