“Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 sentyabr tarixli 3488 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 sentyabr tarixli 3488 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1066) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. “Azərbaycan Respublikası Baş nazirinin müavini” sözlərindən əvvəl “Şahin Mustafayev –” sözləri əlavə edilsin.

2. “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri”.

3. “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri” abzasının sonundan nöqtə işarəsi çıxarılsın və həmin abzasdan sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 18 iyul 2023-cü il