Yardı köksünüzü düşmən gülləsi
Region

Yardı köksünüzü düşmən gülləsi

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İlkin Məmmədov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhər icra hakimiyyəti başçısının müavinləri Məharət Mustafayev və Aynur Fərzəliyeva Vətən müharibəsinin şəhidləri Namiq İlyas oğlu Xəlilovun və Zeynal Alim oğlu Zülfüqarlının anım günləri ərəfəsində ailələrini ziyarət etdilər.

Şəhid ailələrinin  evlərini ziyarət edərkən həm Namiq Xəlilovun, həm də Zeynal Zülfüqarlının fotolarından və şəxsi əşyalarından ibarət xatirə guşələrinə baxış keçirildi. Şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov hər iki şəhidin ailəsinə başsağlığı verərək, Vətənə ləyaqətlə xidmət edən vətənpərvər övladlar böyütdükləri üçün təşəkkür etdi və onlara Allahdan səbir dilədi.

Şəhidlərin əziz xatirəsinin xalqımızın yaddaşına həkk olunduğunu, həmişə hörmət və ehtiramla xatırlanacaqları qeyd olundu.  Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən gizir Namiq Xəlilovun və kiçik gizir Zeynal Zülfüqarlının döyüşlərdə göstərdikləri şəxsi igidlikdən və şücaətdən bəhs edildi. Onların qələbəmizin təmin olunmasında fədakarlıqlarının dövlət başçısı tərəfindən ən yüksək səviyyədə dəyərləndirildiyi, hər iki şəhidin bir orden və 9 medalla təltif edildiyini və adlarının Şirvan şəhərində yerləşən küçələrdən birinə verildiyi vurğulandı. 

Ziyarət zamanı şəhidlərin ailə üzvləri Namiq və Zeynalla bağlı xatirələrini bölüşdülər. Şəhidlərin müqəddəs ruhuna misralar səsləndi:

                                         Yardı köksünüzü düşmən gülləsi,

                                         Dondu dilinizdə Vətən nəğməsi,

                                         Dindi anaların ahı-naləsi,

                                         Axan gözümüzün yaşı,şəhidlər... 

                                                      Tofiq HÜSEYN,

                                                     “Respublika”.