Aprelin 21-də Azərbaycanda COVID-19 əleyhinə 6 min dozaya yaxın vaksin vurulub
Səhiyyə

Aprelin 21-də Azərbaycanda COVID-19 əleyhinə 6 min dozaya yaxın vaksin vurulub

Aprelin 21-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 5 min 854 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 608, ikinci doza vaksinlərin sayı - 313, üç və daha çox doza vaksinlərin sayı - 4 min 579, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı - 354-dür.

Azərbaycanda indiyə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 614 min 545, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 336 min 229, ikinci mərhələ üzrə 4 milyon 837 min 732, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 202 min 881, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 237 min 703-dür.

AZƏRTAC