Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 15 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 15 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 15 yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.

 Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 828 min 210 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 965 nəfər müalicə olunaraq sağalıb, 10 min 98 nəfər vəfat edib. Aktiv xəstə sayı 147 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1147, indiyə qədər isə ümumilikdə 7 milyon 504 min 181 test icra olunub.                                                                       

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 211 doza vaksin vurulub

Fevralın 11-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 211 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 61, ikinci doza vaksinlərin sayı 52, üç və daha çox doza vaksinlərin sayı 78, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 20-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 945 min 213, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 403 min 68, ikinci mərhələ üzrə 4 milyon 877 min 850, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 398 min 888, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 407-dir.