“Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
Hüquqi aktlar

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1350; 2011, № 10, maddə 965; 2019, № 7, maddə 1342) aşağıdakı dəyişikliklər edilsin:

1. Adına, preambulasına və 1-ci hissəsinə “Xalq qəzeti” sözlərindən sonra“, “Respublika” sözü əlavə edilsin.

2. Həmin Qərara əlavə – “Dövlət sifarişlərinin yerinə yetirilməsi üçün “Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzeti redaksiyalarına dövlət büdcəsinin vəsaiti hesabına alınacaq qəzet kağızının norması” üzrə:

2.1. adına “Xalq qəzeti” sözlərindən sonra “, “Respublika” sözü əlavə edilsin;

2.2. “Bakinski raboçi” sətrində “1700” və “123” rəqəmləri müvafiq olaraq “166” və “12” rəqəmləri ilə əvəz edilsin;

2.3. üçüncü sətir dördüncü sətir hesab edilsin və aşağıdakı məzmunda üçüncü sətir əlavə edilsin:

“Respublika”

1534 min

10

111

 Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 9 dekabr 2021-ci il