İyulun 2-də Azərbaycanda yeni koronavirus (COVİD-19) infeksiyasına qarşı 73 min 621 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 33 min 992, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 39 629 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 670 min 729-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 290 min 808, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 379 min 921 nəfərdir.
AZƏRTAC