Şəhid doğum günündə anılıb
Region

Şəhid doğum günündə anılıb

Dağlar diyarı Lerik rayonunda Vətən müharibəsi şəhidi Ağamid Şirzaid oğlu Ağacəfərlinin doğum günü məzarı başında anılıb.

Anım mərasimində Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının əməkdaşı Elman Rəcəbov, rayon icra hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rahib Şiriyev, Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, Ərazi Partiya Təşkilatının fəalları şəhidimizin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsinə öz ehtiramını bildiriblər .

Ağamid Ağacəfərli 1995-ci ildə Lerik şəhərində dünyaya göz açıb. 44 günlük Vətən müharibəsində böyük şücaət göstərən Ağamid dövlətimizin ərazi bütövlüyü uğrunda Füzuli döyüşlərində canından keçərək 24 oktyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olub. Şəhidimizin nəşi doğulduğu Lerik şəhərinə gətirilərək orada torpağa tapşırılıb.

Dövlət başçısının müvafiq sərəncamlarına əsasən Ağamid Ağacəfərli ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda", "Cəsur döyüşçü" medallarına layiq görülüb.

Z.ORUCOĞLU.