Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 584 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 584 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 584 yoluxma faktı qeydə alınıb, 851 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 619 min 502 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 603 min 906 nəfər müalicə olunaraq sağalıb, 8 min 422 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 min 174 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 44, bu günə qədər isə ümumilikdə 5 milyon 911 min 227 test icra olunub.

AZƏRTAC