Türkiyəli nazir: Ölkəmiz COP-29-da aktiv iştirak edəcək
Digər xəbərlər

Türkiyəli nazir: Ölkəmiz COP-29-da aktiv iştirak edəcək

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) həm qardaş Azərbaycan və Türkiyə, həm də bütün dünya üçün çox vacib nəticələr verəcəyinə inanıram.

“Respublika” xəbər verir ki, bu fikri aprelin 17-də Ankarada Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı səsləndirib. COP-29-a ev sahibliyi münasibətilə Azərbaycanı təbrik edən Türkiyəli nazir, bu tədbirə çox ciddi hazırlıq prosesinin şahidi olduqlarını diqqətə çatdırıb.

İqlim dəyişikliyi məsələsinin bütün ölkələr üçün vacibliyini vurğulayan nazir deyib: “Azərbaycanda keçiriləcək COP-29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir. Ölkəmiz də bu tədbirdə aktiv iştirak edəcək. Türkiyə su ehtiyatlarının artırılması başda olmaqla, biomüxtəlifliklə bağlı bir çox sahəyə töhfə vermək niyyətindədir”.