“Azİz” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasının prezidenti Lev Spivakdan
Məktublar

“Azİz” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasının prezidenti Lev Spivakdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu.

İcazə verin doğum gününüz münasibətilə Sizi əslən Azərbaycandan olan, İsraildə yaşayan çoxminli icma adından təbrik edim.

Siz Prezident vəzifəsində olduğunuz müddətdə Azərbaycan dəyişərək ən sürətlə inkişaf edən qabaqcıl ölkələrdən birinə çevrilib. Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində Azərbaycan regionda və onun hüdudlarından kənarda ən nüfuzlu və iqtisadi cəhətdən cəlbedici ölkələrdən biri olub. Azərbaycanın müsbət imicinin təbliği işinə Sizin töhfəniz əvəzsizdir.

Əziz İlham Heydər oğlu, biz, əslən Azərbaycandan olan, hazırda müxtəlif qitələrdə yaşayan insanlar həmişə öz Vətənimizlə fəxr etmişik. Sizin rəhbərliyinizlə Azərbaycan öz ərazilərinin erməni işğalçılarından azad edilməsi uğrunda 44 günlük müharibədə qalib gəldi və biz aydın başa düşürük ki, bu, Sizin xidmətinizdir. Məhz Sizin rəhbərliyinizlə azərbaycanlılar qürur doğuran qalib xalq adını qazandılar, Azərbaycan müzəffər ölkəyə çevrildi.

Azərbaycan xalqına məhz Sizin kimi müdrik, uzaqgörən, mütərəqqi bir lider layiqdir.

Doğum gününüz münasibətilə Sizi bir daha təbrik edirik. Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Səmimi hörmətlə, 

Lev Spivak

“Azİz” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasının prezidenti