ABŞ Hərbi Dəniz Qüvvələri 5-ci Donanmasının Bəhreyn Beynəlxalq əlaqələr şöbəsinin rəisi komandir Nəimi Əmiraldan
Məktublar

ABŞ Hərbi Dəniz Qüvvələri 5-ci Donanmasının Bəhreyn Beynəlxalq əlaqələr şöbəsinin rəisi komandir Nəimi Əmiraldan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli cənab Prezident, sevimli Ali Baş Komandan,

Azərbaycan xalqının və türk dünyasının qəhrəmanı İlham Heydər oğlu Əliyev.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə uzun ömür və möhkəm cansağlığı diləyirəm.

Qarabağın Ermənistanın işğalından azad edilməsinin və Azərbaycanımızın ərazi bütövlüyünün bərpa olunmasının, türk dünyasının qırılmış bağının yenidən birləşdirilməsinin ikinci ildönümünü bu il xalqımızla birlikdə qeyd etdik. Sizin illərdir müdrikliklə və uzaqgörənliklə atdığınız addımlar bu böyük uğurlara yol açdı. Bütün bunlar üçün Sizə sonsuz minnətdarlığımı bildirirəm.

Sizi bir daha ailəmiz adından doğum gününüz münasibətilə təbrik edirəm, möhkəm cansağlığı və uzun ömür arzulayıram. Yaşasın böyük Azərbaycan!

Dərin hörmət və ehtiramla,

Komandir Nəimi Əmiral

ABŞ Hərbi Dəniz Qüvvələri 5-ci Donanmasının Bəhreyn Beynəlxalq əlaqələr şöbəsinin rəisi