Rusiya Azərbaycanlılar Konqresinin rəhbəri, Rusiya Federasiyasının fəxri vəkili İlqar Hacıyevdən
Məktublar

Rusiya Azərbaycanlılar Konqresinin rəhbəri, Rusiya Federasiyasının fəxri vəkili İlqar Hacıyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Rusiya Federasiyasında yaşayan azərbaycanlılar adından və şəxsən öz adımdan Sizə dərin ehtiramımı bildirir və doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi həyatda inamla irəliləyərək sanballı uğurlar qazanır. Siz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yolunu layiqincə davam etdirir, ölkənin və xalqın rifahı naminə çox böyük işlər görürsünüz. Bütün bu işlərin sayəsində Azərbaycan dünya arenasında böyük nüfuz qazanıb.

Sizi doğum gününüz münasibətilə bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti, firavanlıq və Azərbaycan xalqının rifahı naminə bütün planlarınızın uğurla həyata keçməsini diləyirəm.

Səmimi hörmətlə, 

İlqar Hacıyev

Rusiya Azərbaycanlılar Konqresinin rəhbəri,

Rusiya Federasiyasının fəxri vəkili