Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib
İdman

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib.

"Respublika" xəbər verir ki, hazırlığın ilkin mərhələsi baş məşqçi Faiq Qarayevin rəhbərliyi ilə GİN-in Voleybol Mərkəzində təşkil olunub.

Məşqlərdə hazırda ölkədə olan yığma üzvləri, həmçinin gənc voleybolçular iştirak edirlər. Ölkə xaricində olan bir neçə oyunçu isə yaxın günlərdə düşərgəyə qatılacaqlar.