Dünyanın yaranışından bu günə qədər cəmiyyətlərin inkişafında qadının rolu əvəzedilməzdir. Azərbaycan qadınları da həyatın bütün sahələrinin inkişafına öz töhfələrini verirlər.
Ulu öndər Heydər Əliyev Azərbaycan qadınına ən yüksək qiymət verərək deyib: "Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi, indi də cəmiyyətdə aparıcı rol oynayırlar".
Heydər Əliyev hələ 1969-cu ildə hakimiyyətə gəldiyi dövrdə qadınlara etimad göstərib dövlət strukturlarında, məsuliyyətli ictimai işlərdə irəli çəkmiş və 1993-cü ildən sonrakı dövrdə də ölkəmizdə onların aktiv fəaliyyəti hər zaman diqqət mərkəzində olmuş, hazırda da bu ənənə davam etdirilir.