BMU-da görüş
Digər xəbərlər

BMU-da görüş

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov BMU-nun “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalında iştirak etmiş “RED X” komandasının üzvləri ilə görüşüb. “TEKNOFEST-2023”-ün final mərhələsində uğurla təmsil olunan komandanı təbrik edən rektor bu qəbildən olan tədbirlərin gənclərimizin müsair texnoloji yeniliklərə marağının artırılması və bu sahə üzrə biliklərinin dərinləşdirilməsində oynadığı rola və əhəmiyyətdən danışıb.

Rektor Havar Məmmədov BMU-nun tələbə komandalarının layihələrinin 2022-ci iln may ayında ilk dəfə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında yüksək səviyyədə qiymətləndirildiyini vurğulayıb. O, ötən il “Robotexnika” kateqoriyası üzrə birinci yeri tutan BMU komandasına mükafatın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın festivalda iştirakı zamanı təqdim olunduğunu xatırladıb, bu mükafatlandırılmanın tələbələrin növbəti ideyalarının uğurla gerçəkləşdiirlməsinə böyük təkan və stimul verdiyini bildirib.

                                                                                                  M MIRZƏ,

                                                                                                 “Respublika”.