FAKTLAR VƏ RƏQƏMLƏR
İQTİSADİYYAT

FAKTLAR VƏ RƏQƏMLƏR

39 milyard 986,5 milyon manatlıq ÜDM istehsal olunub

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023- ilin yanvar-aprel aylarında ölkədə 39 milyard 986,5 milyon manatlıq ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz çox Ümumi Daxili Məhsul istehsal olunmuşdur. İqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər 3,1 faiz artmışdır.

ÜDM istehsalının 46,8 faizi sənaye, 8,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,5 faizi nəqliyyat anbar təsərrüfatı, 4,6 faizi tikinti, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı balıqçılıq, 2,1 faizi turistlərin yerləşdirilməsi ictimai iaşə, 1,5 faizi informasiya rabitə sahələrinin, 17,6 faizi digər sahələrin payına düşmüş, məhsula idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 3945,5 manata bərabər olmuşdur.

 

171 ölkə ilə ticarət əməliyyatları

2023- ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 89 ölkəyə məhsul ixrac olunmuş, 165 ölkədən idxal olunmuşdur. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023- ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 12269,3 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 8239,4 milyon dollarını ya 67,2 faizini ölkədən ixrac olunmuş məhsulların, 4029,9 milyon dollarını (32,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 4209,5 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.

Cari ilin üç ayında qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 23,2 faiz, real ifadədə 19,2 faiz artaraq 912,2 milyon dollar təşkil etmişdir.

 

16,4 milyard manatlıq ərzaq   qeyri-ərzaq malları satılıb

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara bu ilin yanvar-aprel aylarında 16,4 milyard manatlıq, o cümlədən 9,5 milyard manatlıq ərzaq məhsulları, içkilər tütün məmulatları, 6,9 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 4,0 faiz artmışdır.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 404,7 manatlıq, o cümlədən 233,3 manatlıq ərzaq məhsulları, içkilər tütün məmulatları, 171,4 manatlıq qeyri-ərzaq malları almışdır.

"Respublika".