Ağdam taxılçıları bu günədək 27 min 840 ton məhsul tədarük ediblər
İQTİSADİYYAT

Ağdam taxılçıları bu günədək 27 min 840 ton məhsul tədarük ediblər

Ağdam rayonunda taxıl biçini davam edir. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ildə Ağdamda 21 min 112 hektar sahədə taxıl becərilib. Onun 17 min 424 hektarı buğda, 3 min 688 hektarı dən üçün arpadır. Hazırda həm buğda, həm də arpa sahələrində biçin aparılır. Bu günədək 7053 hektar taxıl sahəsindən 27 min 840 ton məhsul əldə edilib. Məhsulun 19 min 518 tonu buğda, 8 min 322 tonu isə arpadır. Hələlik hər hektar taxıl sahəsinin orta məhsuldarlığı 39,5 sentner, o cümlədən buğda üzrə 40,2 sentner, arpa üzrə isə 37,9 sentnerdir.