AZƏRBAYCAN dünya mediasında
Digər xəbərlər

AZƏRBAYCAN dünya mediasında

"BNN": Azərbaycan Respublikası Prezidentinin Vilnüsdə litvalı həmkarı ilə məhsuldar görüşü baş tutub

"BNN" xəbər saytı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nausedanın Vilnüsdəki görüşü barədə məlumat yayımlayıb. Məlumatda liderlərin qarşılıqlı maraq doğuran müxtəlif regional məsələləri müzakirə etdikləri bildirilib. Diplomatik əlaqələrin möhkəmləndirilməsinin siyasi dialoqun, mədəni mübadilənin müxtəlif sektorlarda əməkdaşlığın təşviq edilməsinin vacibliyinin vurğulandığı da yazıda yer alıb. Görüş çərçivəsində Azərbaycan Litva prezidentləri iki xalqı birləşdirən tarixi mədəni əlaqələrin mövcudluğuna da toxunublar. Məlumatda müzakirələr zamanı liderlərin iqtisadi əməkdaşlıq, ticarət investisiyalara diqqət yetirdikləri bildirilib. Hər iki prezidentin ikitərəfli ticarətin genişləndirilməsi üçün yeni imkanları araşdırmaq barədə razılığa gəldiyi məqalədə qeyd olunub.

 

İntellinews.com:  Azərbaycanın enerji diplomatiyası Balkanlara istiqamətlənir

İntellinews.com xəbər saytı Azərbaycanın enerji siyasəti ilə bağlı rəy yazıb. Rəydə bildirilir ki, Azərbaycanın xarici siyasətində Mərkəzi Qərbi Avropa dövlətləri ilə müqayisədə enerji böhranına daha həssas olan Balkan regionu əsas yer tutur.

Enerji məsələsi uzun müddət Azərbaycanın praqmatik xarici siyasətinin əsas elementi olub son vaxtlar Avropa dövlətləri Rusiyadan enerji asılılığını azaltmaq üçün əlavə enerji təchizatçıları axtarışında olduqları bir məqamda  bu, daha da güclənib. Avropa İttifaqının  aparıcı üzv ölkələri alternativ təchizatçılardan əlavə qaz həcmləri idxal etməklə enerji çatışmazlığını kompensasiya edə bilsələr , daha az inkişaf etmiş Balkan ölkələri  enerji qıtlığına uyğunlaşmaq üçün mübarizə aparır.

Sofiya şəhərində aprelin 26-da Bulgartransgaz (Bolqarıstan), Transgaz (Rumıniya), FGSZ (Macarıstan), Eustream (Slovakiya) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqinə dair anlaşma memorandumunun imzalanması mərasimi keçirilib. Memorandumun əsasında Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində Avropada misli görünməmiş enerji böhranı fonunda Balkanlara əlavə Azərbaycan qazının ixracı məsələsi dayanıb. Bundan başqa, Azərbaycanın Balkan ölkələri ilə strateji tərəfdaşlığını vurğulayan sənəd yerli hakimiyyət orqanları ilə ötürücü paylayıcı sistem operatorları arasında əməkdaşlığı asanlaşdıracaq.

2023- ilin fevralında imzalanmış son -Azərbaycan sazişinə əsasən, Bakı 2027-ci ilə qədər təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırır, eyni zamanda Avropa ölkələrinə yaşıl enerji ixracına başlamaq üçün ilk addımlar atılır. Azərbaycanın təbii qaz ixracı 2022-ci ildə 19 milyard kubmetrdən 22,6 milyard kubmetrə yüksəlib.

 

Samaaenglish.tv: Azərbaycan müdafiə nazirinin müavini general Asim Munirlə görüşüb

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev mayın 23- Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Seyid Asim Munirlə görüşüb.

Bu barədə Pakistanın Samaaenglish.tv saytı xəbər verib. Yayılan xəbərdə  qeyd olunub ki, görüş zamanı iki qardaş ölkə arasında müdafiə təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Onlar hərbi sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin zəruriliyini xüsusi vurğulayıblar.

 

"Yeni Şafak": Rəcəb Tayyib Ərdoğan seçkidən sonra Azərbaycan Şimali Kipr Türk Respublikasına səfər edəcək

Prezident seçkilərinin 28 mayda keçirilən ikinci turunda Rəcəb Tayyib Ərdoğan qalib gələrsə, seçkidən sonra səfər edəcəyi ilk ölkə Azərbaycan olacaq.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yerli mətbuata açıqlamasında bildirib. O deyib ki, hər seçkidən sonra olduğu kimi, Rəcəb Tayyib Ərdoğan  bu dəfə ənənəvi olaraq iki ölkəyə səfər edəcək. Bunlar qardaş Azərbaycan Şimali Kipr Türk Respublikalarıdır.

Mövlud Çavuşoğlu onu da qeyd edib ki, Türkiyə Azərbaycan arasında münasibətlər bütün dünyaya nümunədir. Əlaqələrin bu səviyyəyə çatmasında isə Azərbaycan Prezidenti İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın böyük əməyi var.

 

Hürriyet: Azərbaycandakı seçki bülletenləri diplomatik kuryerlər vasitəsilə Türkiyəyə göndərilib

Mayın 28- Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turu üçün Türkiyə vətəndaşlarının Azərbaycanda verdikləri səslər diplomatik kuryerlər vasitəsilə İstanbula göndərilibBu barədə Türkiyənin xəbər saytı Hürriyet məlumat yayımlayıb. Məlumatda bildirilir, Azərbaycanda qeydiyyatda olan türk seçicilər üçün səsvermə prosedurları mayın 20-22- Türkiyənin Bakıdakı səfirliyi, Naxçıvan Gəncə Baş Konsulluqlarında keçirilib. Türkiyəli seçicilər Bakıda 9, Gəncədə 3, Naxçıvanda 3 olmaqla ümumilikdə 15 seçki məntəqəsində səs veriblər. Xəbərdə qeyd olunub ki, səsvermədən sonra qutulara yığılmış seçki bülletenləri gecə saatlarında Bakı səfirliyində diplomatik torbalara qoyularaq möhürlənib. Səhər saatlarında hava limanına aparılan torbalar diplomatik kuryerin müşayiəti ilə Türk Hava Yollarının İstanbul reysi ilə Türkiyəyə göndərilib. Bildirilib ki, Bakı səfirliyində 7 min 417, Gəncə konsulluğunda 2 min 277, Naxçıvan konsulluğunda isə 1349 seçici qeydiyyatda olub. Ümumilikdə, 11 min 43 nəfər səs verib. Seçkilərdə 60 faizə  yaxın seçicinin iştirak etdiyi qeydə alınıb.

"Respublika".