Hədəfimiz yurda dönüşdür
Digər xəbərlər

Hədəfimiz yurda dönüşdür

Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti bunu bilsin. Artıq bu istiqamətdə işlər başlanmışdır...

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi məsələsi hələ XVIII əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq niyyəti güdən Rusiya imperiyasının çoxdankı işğalçılıq planlarının tərkib hissəsi idi. İran Türkiyə sərhədlərində bufer xristian zolağı yaratmaq niyyətində olan Rusiya erməniləri başlıca olaraq Azərbaycanın İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazilərinə, habelə digər münbit torpaqlarına köçürdü.

Bəşər tarixində xüsusi yeri olan Azərbaycan əlverişli coğrafi mövqeyi, zəngin yerüstü yeraltı təbii sərvətləri ilə daim erməni vandallarının diqqətini cəlb etmişdir. Müxtəlif tarixi dövrlərdə Azərbaycan torpaqlarına basqınlar edən haylara qarşı xalqımız ölüm-dirim mübarizəsi aparmış qəhrəmanlıqlar göstərmişdir.

XVIII-XX əsrlərdə Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı Rusiya onun əlaltısı Ermənistandakı daşnaklar tərəfindən aparılmış işğalçı siyasət nəticəsində dəhşətli talanlar edilmiş, Qərbi Azərbaycandakı həmvətənlərimiz kütləvi surətdə qovulmuş, torpaqlarımız zəbt edilmişdir. Qərbi Azərbaycana ermənilərin gəlməsi miladdan əvvəl VIII əsrdə urartuların bu torpaqlara qarətçi basqınları ilə başlamışdır.

Hələ 1887-ci ildə bir qrup erməni millətçisi Cenevrədə "Hnçaq" ("Zəng") adlı partiya təşkil edərək, əsasən Türkiyə torpaqları hesabına Ermənistan dövləti yaratmaq məqsədini qarşısına qoymuşdu. Bundan sonra 1890- ildə Tiflisdə Daşnaksütyun erməni millətçi partiyası təşkil olundu. Bu təşkilatlanma yalnız Türkiyə Qafqazda deyil, dünyanın bir çox ölkələrində, hətta okeanın o tayında da gedirdi.

1893- ilin iyununda Nyu-Yorkda "böyük Ermənistan" yaratmaq məqsədi güdən "Erməni vətənpərvərlər" ittifaqı təşkilatı meydana gəldi. Bütün bu təşkilatların məqsədləri Türkiyədən müəyyən əyalətləri, Qafqazdan isə Göyçə, Zəngəzur digər əyalətləri qoparmaq hesabına "böyük Ermənistan" yaratmaq idi.

Türkiyədə heç bir şeyə nail ola bilməyən ermənilər fəaliyyətlərinin coğrafiyasını dəyişməli oldular.

XX əsrin əvvəllərində erməni millətçiləri öz tarixi torpaqlarında yaşayan Qərbi azərbaycanlıları planlı surətdə öz doğma yurdlarından çıxarmağa, qırmağa milli soyqırıma başladılar.

1905-1907-ci illərdə ermənilər Qərbi Azərbaycanın İrəvan şəhərində, Göyçədə, Amasiyada, Zəngəzurda, Dərələyəzdə, Loru-Pəmbək mahalında, Zəngibasarda analoqu olmayan terror hadisələri törətdilər. Müsəlmanlar isə məcburən doğma torpaqlarını tərk etməli oldular.

Terror, şantaj, separatçılıq yolunu seçmiş türk xalqlarının qatı düşməni olan ermənilər (haylar) onların faşist ideyalı Daşnaksütyun partiyası daim Qərbi Azərbaycan torpaqları azərbaycanlı əhalisinin faciəsi hesabına öz mənfur məqsədlərinə nail olmuşlar.

Azərbaycanda mərkəzi İrəvan şəhəri olmaqla qurulmuş Ermənistan Respublikasının (1918-1920) daşnak hökumətinin bilavasitə rəhbərliyi ilə Göyçə mahalında - Basarkeçər Çəmbərəkdə (Krasnoselo) erməni vandalları qanlı cinayətlər törətmişlər. Həmin dövrdə minlərlə soydaşlarımız öz doğma torpaqlarından ayrılıb, İrana, Türkiyəyə, Gürcüstana üz tutmuşlar.

1948-1953- illərdə İ.Stalinin, Molotovun, Arutyunovun xəyanəti nəticəsində Qərbi Azərbaycandan 150 mindən çox azərbaycanlı doğma torpaqlarından qovulmuş, deportasiya nəticəsində Kür-Araz ovalığında yerləşdirilən Qərbi azərbaycanlıların çoxu iqlim şəraitinə dözə bilməmişdir.

Beləliklə, tarixən Qərbi Azərbaycan olan (indiki Ermənistan) ərazisindən azərbaycanlıların deportasiyası 1905-1907-ci illərdən başlanmış, 1918-1920, 1948-1953- illərdə davam etdirilmiş XX əsrin 80-ci illərinin axırlarında tam başa çatdırılmış, Qərbi Azərbaycandan 300 minə yaxın soydaşımız zorla tarixi ata-baba torpaqlarından qovulmuşdur. Bu ədalətsizliyə Mixail Qorbaçov Moskvadakı ermənipərəst qüvvələr göz yummuşdur.

1988-ci ildə Ermənistan SSR Ali Sovetinin sessiyası keçirilməli bu sessiya Azərbaycan SSR Ali Sovetindən Dağlıq Qarabağın Ermənistanın tərkibinə keçməsi barədə "xahiş" etməli idi. Artıq səbri tükənmiş xalq partlamağa hazır idi. Həmin gün Göyçə mahalında ermənilərin son dərəcə yaramaz hərəkətlərinə qarşı azərbaycanlılar öz etiraz səslərini qaldırmalı oldular. Çəmbərək (Krasnoselo) rayonunun Şorca, Gölkənd kəndlərində on min əhalinin mitinqi keçirildi. Səhərisi gün Basarkeçər rayonunun Şişqaya Nərimanlı kəndlərində etiraz mitinqləri başladı. Bu mitinqlər həm tətil xarakteri daşıyırdı. Bu mitinqlərdə azərbaycanlılar erməni millətçilərinə, xüsusi respublika rəhbərliyinə qarşı qəzəblərini bildirir, bir çox tələblərlə birlikdə Göyçə mahalına muxtariyyət tələb edirdilər. İyirmi mindən artıq adamı birləşdirən bu nümayişlərin etiraz dalğası Ermənistanı, bütün dünya haylarını lərzəyə saldı.

XX əsrdə Qərbi Azərbaycanda yaşayan soydaşlarımız erməni vəhşiliyi sayəsində etnik mənsubiyyətlərinə görə dörd dəfə öz ata-baba yurdlarından didərgin salınmışlar. Düz 35 ildir ki, Qərbi azərbaycanlılar yurd həsrəti ilə yaşayırlar. Axşam-sabah yaşlı nəslin nümayəndələri öz nəvə, nəticələrinə erməni tapdağında olan Göyçə gölü, Arpa çayı, Dilican dərəsi digər əzəli yurd yerlərimizdən maraqlı xatirələr danışır, bildirirlər ki, o yerlərə dönəcəyimiz gün heç uzaqda deyil.

24 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşü keçirildi. Tədbirdə vurğulandı ki, Azərbaycan xalqı hələ müzəffər sərkərdəmizlə 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin tükənməz sevincini yaşayır bundan sonra da daim bu sevinclə yaşayacaqdır. Cənab Prezidentin sarsılmaz qətiyyətli siyasi iradəsinin rəmzi olan dünya hərb tarixinə "Dəmir yumruq" əməliyyatı kimi yazılmış Vətən müharibəsində rəşadətli milli ordumuzun qəhrəmanlığı xalqımızın milli birliyi ilə neçə əsrlik tarixi olan dünya erməniliyi əbədi məğlubiyyətə düçar oldu 30 il hayların tapdağında olan Qarabağ azad edilərək, məcburi köçkün soydaşlarımızın doğma yurdlarında hüquqları bərpa olundu. İndi isə ən böyük hədəfimiz Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşdırılmasıdır. Qəribsəmiş yurd yerləri Oğuz yurdunun mərd, cəngavər oğullarını gözləyir. Yeri düşərsə türkün misri qılıncı qınından çıxıb hayların başına enəcək, bir dəli nərə ilə ermənilərə dərs veriləcək, erməni xalqı vaxtadək güclü dövlətlərin qoltuq ağacına çevriləcəkdir?..

Vaqif QƏLƏNDƏR,

"Qələndər" klinikasının rəhbəri,

tibb elmləri doktoru, professor.