Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən
Məktublar

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan xalqına rifah və tərəqqi arzulayır, ölkələrimiz arasında mövcud səmimi münasibətlərin gələcək illərdə daha da möhkəmlənməsini diləyirik.

Dərin hörmətlə,

Şeyx Təmim bin Həməd Al Tani

Qətər Dövlətinin Əmiri