MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Holşteyn qapısı"

İntibah dövrünün unikal memarlıq abidələrindən olan "Holşteyn qapısı" Almaniyanın Lübek şəhərinin qərb hissəsində yerləşir. Lübekin bütün Hansa Liqasının tarixi simvoluna çevrilən bu abidənin rəssamı Karl Culius Mildedir. Trave çayının sahilində, bataqlıq bir ərazidə süni təpə üzərində inşa olunan "Holşteyn qapısı" 1987-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Qotik üslubda inşa olunan abidənin fasadında şir təsvirli qırmızı qara kərpicdən, həmçinin üzərində ikibaşlı qartal olan terakota plitələrdən istifadə olunub. Darvazanın şəhərə baxan tərəfi vahid bir bütöv kimi görünsə , qala iki hissədən şimal cənub qüllələrindən ibarətdir. Xarici divarlarının qalınlığı 3,5, şəhərə baxan hissəsində divarların qalınlığı isə 1 metrdir. Qalanın birinci mərtəbəsi təxminən 1 metr yerə çökdüyü üçün mütəxəssislər bu strukturun altındakı torpağın kömürə çevrildiyini güman edirlər. Beş mərtəbədən ibarət olan qalanın birinci mərtəbəsi iki qülləni birbəşdirən körpü rolunu oynayır.

Şəhərin ən qədim abidəsi olan "Holşteyn qapısı" yaxından görmək qarşısında xatirə şəkilləri çəkdirmək üçün bura hər il dünyanın müxtəlif yerlərindən minlərlə turist gəlir.

 

Milli Olimpiya Hərəkatı Muzeyi

ABŞ -ın Olimpiya Komitəsinin yerləşdiyi ərazidə, dağların ətəyində Milli Olimpiya Hərəkatı Muzeyi (Olimpiya paralimpiya muzeyi) inşa olunub. Dəmir yolunun yaxınlığında yerləşən bu qeyri-adi kompleks "Diller Scofidio + Renfro" memarlıq bürosu tərəfindən layihələndirilib.

Yuxarıdan baxanda zərfi xatırladan binanın daxilində 4 sərgi salonu var. Dörd blokdan ibarət binada, həmçinin ümumi sahəsi 6000 kvadratmetr olan qalereyalar da fəaliyyət göstərir. 9000 romboid panellərdən quraşdırılan binanın fasadı alüminiumla örtülüb. İnteryerin əsas hissəsi isə üstü açıq geniş atriumdur ki, onun sayəsində günəş işığı sərgi salonlarına asanlıqla daxil olur. Tamamilə sütunsuz kompleksin mərtəbələri geniş pandusla birləşir. Muzeyi maneəsiz gəzmək üçün burada əlil arabalarının rahatlıqla keçə biləcəyi hamar döşəmə örtüyü var. Panoramik dağ mənzərəsinə açılan terraslarda 130 yerlik kinoteatrdan əlavə, tədbirlərin keçirilməsi üçün geniş salonlar da mövcuddur. Əlil idmançıların rahatlığı üçün layihənin hər bir detalı xüsusi düşünülüb. Həmçinin, kompleksin interyerində hündürlükdən görməni təmin edən şüşə məhəccərlər, qamışdan olan skamyalar, kafedə isə səyyar oturacaqlar quraşdırılıb.

 

"Inntel Hotel"

Hollandiyanın Zaandam bölgəsində inşa olunan "Inntel Hotel" Holland memarlıq ənənələrinin çoxəsrlik tarixinin simvoludur. "WAM Construction Group" arxitektor bürosu tərəfindən layihələndirilən binanın memarı Vilfriyed van Vindendir. Memar bu layihə üzərində işləyərkən binada müxtəlif dövrlərin memarlıq üslublarını bir araya gətirməklə ortaya çox maraqlı bir layihə çıxarıb. Yerləşdiyi şəhərin ab-havasını dəyişən otel binasının tikinti işləri 2010-cu ilin payızında tamamlanıb.

On iki mərtəbəli yaşıl çalarlarla rənglənmiş kompleksdə sanki bir neçə evi üst-üstə yığıblar. Onların arasında yalnız mavi rəngə boyanmış ev 1871-ci ildə burada yaşayıb-yaratmış məşhur rəssam Klod Monenin "Mavi ev" əsərinin surətini əks edir. 160 otaqdan ibarət otelin interyeri loft üslubunda dizayn edilib. Mənzillərin divarları isə köhnə fotoşəkillərdən rəsmlərdən ibarət divar kağızı ilə bəzədilib.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".