XİLASKARLIQ MİSSİYASI
Region

XİLASKARLIQ MİSSİYASI

Milli Qurtuluş Gününə həsr edilmiş “dəyirmi masa” keçirilib.

Dünyaşöhrətli siyasətçi, xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş igid oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova Azərbaycan dövlətçiliyinin xilası günü mövzusunda məruzə ilə çıxış edib. Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixində rolundan, ulu öndərin xilaskarlıq missiyasından ətraflı söhbət açıb. Bildirib ki, 1993-cü il iyunun 15-də ümummilli liderin xalqın təkidi ilə hakimiyyətə qayıdışı nəticəsində respublikamızda vətəndaş müharibəsinin parçalanıb məhvolma təhlükəsinin qarşısı alınıb. Müstəqil Azərbaycan çoxəsrlik tarixində yeni, misilsiz inkişaf dövrünə qədəm qoyub.  

Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri Anar Alışov və digər çıxış edənlər müstəqil Azərbaycanın keçdiyi şərəfli tarixi yoldan, əbədiyaşar liderin Vətən və xalqımız qarşısında əvəzsiz xidmətlərindən, müstəqillik illərində ölkəmizin qazandığı uğurlardan danışıblar.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.