Regionda sülhə ən böyük təhdid - Hayastan
Siyasət

Regionda sülhə ən böyük təhdid - Hayastan

Şanlı qələbəmizdən sonra Azərbaycan bir çox sahədə strateji əhəmiyyətə malik böyük addımlar atıb atmağa davam edir. Bir sıra böyük dövlətlərlə yanaşı, qonşu ölkələrlə strateji əməkdaşlıq qurulur, mövcud əlaqələr daha da gücləndirilir. İmzalanmış bəyannamə sənədlər isə Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş olduğunu göstərir. İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün Azərbaycan beynəlxalq aləmdə öz sözü, gücü çəkisi olan bir ölkədir. Bu da bəzi ölkələrdə Azərbaycana qarşı yaranan qısqanclığın səbəbini aydın şəkildə açıqlayır. Qərb qonşumuz isə bunun belə olduğunu illərdir ki, öz aqressiyası ilə sübut edir.

Bölgədə 1988-ci ilə qədər ondan sonra da Qarabağda yaşamış yerli erməni icması ilə danışıqlar aparmaq məqsədilə bu il martın 1- görüş keçirilib. Görüşdə Milli Məclisin deputatı Ramin Məmmədov Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində, Ekologiya Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov da iştirak edib. Azərbaycan Respublikasının Konstitusiyasına qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb. Vurğulanıb ki, bölgədə yaşayan, ölkəmizin əksinə heç bir hərəkət etməyən Azərbaycan Respublikasının qanunlarına, nizam-intizama riayət edən hər bir azlıq ölkəmizin fərdidir. Bunun belə olduğunu Prezident İlham Əliyev çıxışı zamanı bildirib: "Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, onlar azlıq təşkil edirlər. Azərbaycan çoxmillətli ölkədir. Azərbaycandakı bütün azlıqlar bərabər hüquq imtiyazlara, o cümlədən mədəni, linqvistik digər hüquqlara malikdirlər, onların təhlükəsizliyi təmin edilib". Bu da onu deməyə əsas verir ki, Paşinyan hakimiyyətinin əksinə, ölkəmizin başçısı xalqımız ermənilərə qarşı xoşniyyətli tolerantdır.

İclas zamanı növbəti görüşün Bakı, Gəncə yaxud Ağdamda baş tutması ehtimal olunub ən sonda Bakıda keçirilməsi qərarlaşdırılıb. Görüşün paytaxt Bakıda keçirilməsi isə hər cəhətdən böyük əhəmiyyət kəsb edirdi. Lakin  qarşı tərəf gəlməyi rədd edib. Buradan o nəticəyə gəlirik ki, sülh yolunda ən böyük əngəl elə Ermənistanın özüdür. Azərbaycanın qalib tərəf olmasına baxmayaraq, mütəmadi şəkildə Paşinyan hakimiyyətini sülhə dəvət edir, lakin qarşı tərəf bunu istəmir. Buradan bu nəticəyə gəlirik ki, Paşinyan öz xalqının rifahını düşünməyən sadəcə "Böyük Ermənistan" xülyasında olan rəhbərdir.

Əgər dərindən düşünsək, Ermənistanın sülhə addım atmaması, ilk növbədə onun üçün intihara cəhddir. İlkin olaraq öz ərazi bütövlüyünü şübhə altına alır, sözün əsl mənasında özünə quyu qazır. Hayastanın üç ilə yaxındır ki, sülh sazişindən müxtəlif bəhanələrlə boyun qaçırmaq cəhdləri ölkəni hansı aqibətə sürüklədiyini anlamaq üçün bəzi faktlara nəzər salmaq kifayətdir. Belə ki, Ermənistandan heç bir logistik nəqliyyat marşrutunun keçməməsi, əməkdaşlıqla bağlı sazişlərin imzalanmaması onu iqtisadi cəhətdən olduqca zəiflədir. Digər bir tərəfdən , bu, ölkənin xarici dövlətlərdən asılılığının genişlənməsi, öz məhdud müstəqilliyini böyük ölçüdə itirməsidir. Bəllidir ki, maliyyə baxımından ağır böhran yaşayan İrəvanda köhnələn, sıradan çıxan daxili infrastrukturun yenilənməsi, onun az da olsa istifadəyə yararlı hala gətirilməsi üçün lazım olan maddi vəsait ölkədə mövcud deyil. Məhz buna görə Qərb qonşumuz bu problemin həlli üçün xarici dövlətlərə müraciət etmək, ağır şərtli müqavilələrə imza atmağa məcbur olur. Nəticədə xarici ölkələr, müxtəlif beynəlxalq şirkətlər Hayastanı sadəcə maddi baxımdan özlərindən asılı vəziyyətə salmırlar, həm qərb qonşumuzun daxili müstəqilliklərinin bir hissəsindən məhrum edirlər.

Azərbaycan tərəfinin təklif etdiyi sülh müqaviləsi beynəlxalq hüququn norma prinsipləri, təqdim edilən beş prinsip əsasında yalnız ikitərəfli münasibətlərin normallaşdırılmasını özündə ehtiva edir. Prinsiplər bunlardır: Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik ərazi bütövlüyünə qarşı hədə gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; Dövlət sərhədinin delimitasiyası demarkasiyası, diplomatik münasibətlərin qurulması; Nəqliyyat kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Bu maddələrə əsasən, Azərbaycan Ermənistan intensiv, substantiv nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərdilər. Lakin erməni tərəfi danışıq yox, silah yolunu seçir. Bu isə beynəlxalq aləmə bir daha bəlli etdi ki, Ermənistan danışıqlara getməyən, öz xalqının rifahını düşünməyən, riyakar bir dövlətdir.

30 illik işğala, vandalizmə baxmayaraq, Azərbaycan bu səhifəni qapamağa hazırdır. Bu da həm dövlətimizin, həm xalqımızın mərhəmətə sahib olmasından xəbər verir. Azərbaycan yeni səhifə açmağa sülhə hazırdır.

Töhfə SƏMƏDOVA,

"Respublika".