Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır
Mədəniyyət

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Mədəniyyət Nazirliyinin “e-Culture” Rəqəmsal İnkişaf Strategiyası çərçivəsində bu gündən etibarən 2024/2025-ci tədris ili üçün nazirliyin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbuluna elektron qaydada başlanılır. Bu da vətəndaş məmnuniyyəti, əlçatanlıq, şəffaf və çevik ünsiyyətin təmin edilməsində önəmli rol oynayacaq.

Nazirlikdən "Respublika"ya bildirilib ki, musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul prosesi my.culture.az vahid şəxsi kabineti vasitəsilə mayın 31-dək həyata keçiriləcəkdir.

Mayın 6-dan 31-dək tez və ya gec müraciət etməsindən asılı olmayaraq bütün müraciətlər bərabərhüquqlu hesab edilir və müraciəti təsdiqlənmiş şəxslər növbəti imtahan mərhələsinə vəsiqə qazanır.