Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir
Dünya xəbərləri

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

Qeyri-strateji nüvə silahı ilə keçiriləcək təlimlər Qərbin Ukraynaya qoşun göndərməyə hazır olması bəyanatları ilə bağlıdır.

"Respublika" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O qeyd edib ki, söhbət Fransa Prezidenti Makronun, Böyük Britaniya və ABŞ nümayəndələrinin bəyanatlarından gedir. Onlar Ukraynaya hərbi kontingent göndərmək niyyətlərini ifadə ediblər. “Yəni, NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyirlər”, -deyə Peskov bildirib.

Onun sözlərinə görə, bu, gərginliyin artırılmasının yeni mərhələsidir və indiyədək görünməmiş xüsusi diqqət və əlahiddə tədbirlər tələb edir”.