Reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzusunda tədbir
Sosial həyat

Reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzusunda tədbir

Dövlət Komitəsi tərəfindən “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın müvafiq bəndlərinə uyğun olaraq Astara  və Siyəzən rayonlarında görüşlər keçirilib. 

25 iyun AQUPDK-dən xəbər verilir ki, görüşlərdə reproduktiv sağlamlıq və ailə planlaşdırılması, doğulacaq uşağın cinsinin seçilməsi və onun yaratdığı fəsadlar kimi mövzulara toxunulub.

Astara rayon icra hakimiyyəti başçısının müavini Firəngiz Sadıxova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbəsinin əməkdaşı Rafiq Mahmudov və digər mütəxəssislər çıxış edərək, tədbir iştirakçılarına mövzü haqqında ətraflı məlumat verib.

Siyəzən rayon Gənclər Mərkəzində baş tutan görüşdə çıxış edən  Dövlət Komitəsinin əməkdaşı Nərgiz Sədrəddinbəyli Komitənin bu istiqamətdə fəaliyyəti və görülmüş işlər haqqında məlumat verib. Görüşdə iştirak edən ailə məsələləri üzrə həkim-psixoloq İlhamə Balakişiyeva reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında danışaraq tədbir iştirakçıları məlumatlandırıb.

“Respublika”.