“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 601; 2006, № 2, maddə 64, № 3, maddə 221; 2007, № 11, maddə 1078; 2008, № 8, maddə 710; 2010, № 3, maddə 172; 2014, № 7, maddə 763; 2019, № 5, maddələr 805, 811; 2022, № 1, maddə 3; 2023, № 4, maddə 453) 14-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 14.3-cü maddədə “Hərbi xidmət” sözləri “Hərbi vəzifə və hərbi xidmət” sözləri ilə əvəz edilsin.

2. 14.4-cü maddədə “hərbi xidmətə qəbul edilmiş şəxslər və onların təhsil müəssisələrinin müdavimləri (kursantları) hərbi mükəlləfiyyət qeydiyyatından” sözləri “həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxslər hərbi qeydiyyatdan” sözləri ilə əvəz edilsin.

3. 14.8-ci maddədə “bu subyektlərdə müəyyən edilmiş həqiqi hərbi xidmət müddətlərini başa vurmuş hərbi qulluqçular” sözləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bu subyektlərdə həqiqi hərbi xidmətdən buraxılaraq öz ehtiyatlarına keçirilmiş hərbi vəzifəlilər” sözləri ilə əvəz edilsin.

4. 14.9-cu maddədə “təlim toplanışı” sözləri “toplanış” sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 13 iyun 2023-cü il.