Pekində dəhşətli sel baş verib - ölənlər var
Dünya xəbərləri

Pekində dəhşətli sel baş verib - ölənlər var

Çinin paytaxtı Pekində leysan yağışlar və qasırğalar bölgədə həyatı iflic edib.

“Respublika” “CNN”ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 20 nəfər həyatını itirib, 27 nəfər isə itkin düşüb.

Qeyd edək ki, paytaxtın müxtəlif yerlərində axtarış-xilasetmə işlərində iştirak edən 2 nəfər də həyatını itirib. İndiyədək 540 min 703-dən çox insan əlverişsiz hava şəraitindən zərər çəkib, 847 min 400-ə yaxın insan təhlükəsiz bölgələrə təxliyə edilib.

Töhfə SƏMƏDOVA,

“Respublika”.