ABŞ-ın “Məhşər günü” təyyarəsi Vilnüsə eniş edib
Dünya xəbərləri

ABŞ-ın “Məhşər günü” təyyarəsi Vilnüsə eniş edib

ABŞ-ın Boeing 747-E4B markalı “Məhşər günü” təyyarəsi NATO sammiti öncəsi Litvanın paytaxtı Vilnüs şəhərinə eniş edib.

"Respublika" "Flightradar24" xidmətinin yaydığı məlumata əsasən xəbər verir ki, təyyarə ötən gün Merilend ştatının Kemp-Sprinqs şəhərində yerləşən bazadan havaya qalxıb və bu gün səhər saatlarında Vilnüsə enib.

Qeyd edək ki, bu təyyarə nüvə müharibəsi baş verəcəyi təqdirdə Pentaqonun mobil ehtiyat komanda məntəqəsi kimi istifadə olunmaq üçün nəzərdə tutulub. “Məhşər günü” 7 gün, 24 saat fasiləsiz uçmaq imkanına malikdir.